Azərbaycan Mərkəzi Bankı
Yenilənib: 14.12.2024 20:40
USD1.7 | EUR1.7789 |
RUB1.619 | GBP2.1528 |
CNY0.2336 | GEL0.5965 |
TRY0.0486 | AED0.4628 |
Bildiririk ki, "Premier Kredit" Bank Olmayan Kredit Təşkilatı MMC olaraq istər sosial şəbəkələr vasitəsilə, istərsə də digər platformalarda müştərilərə onlayn xidmət göstərmirik. Müştərilərə xidmət yalnız ofis daxilində göstərilir.
Nəzərinizə çatdırırıq ki, son zamanlarda telefon zəngi və ya bəzi sosial şəbəkələr vasitəsilə fırıldaqçılar özlərini BOKT və ya Bank nümayəndələri kimi qələmə verərək vətəndaşlara kredit vəd edib və bunun müqabilində xidmət haqqı tələb edirlər.
Bəzi vətəndaşlar bu müraciətlərə inanaraq tələb edilən ödənişi yerinə yetiriblər.
Bildiririk ki, heç bir ciddi kredit təşkilatı kredit üçün ödənişi və ya komissiya haqqını əvvəlcədən tələb etmir. Komissiya haqqı yalnız kredit tam rəsmiləşdirildikdən sonra ödənilir.
"Premier Kredit" Bank Olmayan Kredit Təşkilatı MMC olaraq ölkə vətəndaşlarına belə müraciətlər edilərkən ehtiyatlı olmağı, ödəniş etməməyi və kart məlumatlarını paylaşmamağı tövsiyə edirik.
Nəzərinizə çatdırırıq ki, BOKT tərəfindən bununla bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda araşdırma davam edir.
"Premier Kredit BOKT" MMC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 01 noyabr 2014-cü il tarixli 06-03655-2014 №-li kreditlərin verilməsi üçün xüsusi razılıq (lisenziya) əsasən 01 dekabr 2014-cü il tarixindən fəaliyyət göstərir.
"Premier Kredit BOKT" MMC müxtəlif növ kreditlərin verilməsi xidmətini göstərir və zamanla bu xidmətlərin siyahısını genişləndirməyi qarşısına məqsəd qoymuşdur. [ətraflı]