Kənd Təsərrüfatı Kreditləri

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarəedilməsi üzrə Dövlət Xidmətinin xətti ilə fermerlərə bizneslərini genişləndirmək məqsədilə kreditlər verilir.

Kreditin şərtləri:

Kredit vəsaitlərinin verilmə həddi:

  • 1000 manatadək - mikrokreditlər;
  • 1000 manatdan 20000 manatadək - kiçikhəcmli kreditlər;
  • 20000 manatdan 50000 manatadək - ortahəcmli kreditlər;
  • 50000 manatdan 200000 manatadək - böyükhəcmli kreditlər;

Kredit vəsaitlərinin istifadə müddəti:

  • mikrokreditlər - 2 ilədək;
  • kiçik və ortahəcmli kreditlər - 3 ilədək;
  • böyükhəcmli kreditlər - 5 ilədək;

Kredit vəsaitlərinin güzəşt müddəti:

  • mikrokreditlər - 12 ayadək;
  • kiçik və ortahəcmli kreditlər - 18 ayadək;
  • böyükhəcmli kreditlər - 24 ayadək;

Güzəşt müddətində borcalanlar yalnız kredit faizlərini ödəyirlər;

Borcalanlar alınmış kreditlər üzrə faiz borclarını hər rübün son iş günü ödəyirlər. Əsas borc isə güzəşt müddəti bitdikdən sonra növbəti aydan başlayaraq hər ayın son iş günü bərabər hissələrlə ödənilir.

 

Tələb olunan sənədlər:

  • Sahibkarlıq fəaliyyətini təsdiq edən sənədlər
  • Biznes plan
  • Kreditin təminatı olaraq girov qoyulacaq əmlakın sənədləri

VALYUTA KONVERTORU

Azərbaycan Mərkəzi Bankı

Yenilənib: 02.06.2023 21:12

USD1.7 EUR1.8298
RUB0.021 GBP2.1297
CNY0.2401GEL0.6466
TRY0.0814AED0.4628

Məbləğ:

Nəticə: