Haqqımızda

"Premier Kredit BOKT" MMC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 01 noyabr 2014-cü il tarixli 06-03655-2014 №-li kreditlərin verilməsi üçün xüsusi razılıq (lisenziya) əsasən 01 dekabr 2014-cü il tarixindən fəaliyyət göstərir.

"Premier Kredit BOKT" MMC müxtəlif növ kreditlərin verilməsi xidmətini göstərir və zamanla bu xidmətlərin siyahısını genişləndirməyi qarşısına məqsəd qoymuşdur. Təşkilatımızın amalı – yüksək keyfiyyətli xidmət göstərməklə müştərilərimizin bank-maliyyə alətlərinə olan ehtiyaclarını ödəmək, əlverişli şərtlərlə kredit məhsullarını təqdim etməkdir. Təşkilat öz gücünü hər bir müştəri ilə əməkdaşlığın məhsuldar və qarşılıqlı faydalı olmasına yönəldir.

Aşağı faiz dərəcələri, rahat ödəmə üsulları və geniş müddət seçimi təşkilatın əsas prioritetləridir.

Qısa müddət ərzində fəaliyyət göstərməyinə baxmayaraq təşkilat öz müştərilərinin etibarını qazanmışdır. Bu zaman ərzində BOKT-nin çox sayda müştərisi təşkilatın təkrar müştərisinə çevrilmişdir.

"Premier Kredit BOKT" MMC Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarəedilməsi üzrə Dövlət Xidmətinin müvəkkil kredit təşkilatı olaraq kənd təsərrüfatı layihələrinin kreditləşdirilməsini də həyata keçirir.

 

Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun Maliyyə Hesabatları və Müstəqil Auditorun Hesabatı: 2016-cı il

VALYUTA KONVERTORU

Azərbaycan Mərkəzi Bankı

Yenilənib: 24.10.2017 10:44

USD1.7001EUR1.9997
RUB0.0296GBP2.2482
CNY0.2565GEL0.6798
TRY0.4587AED0.4629

Məbləğ:

Nəticə: